...

"Azərneftkimyamaş" ASC istehsalı artırıb

Energetika Materials 8 Avqust 2007 12:38 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müx. S.Babayeva/ Yanvar-iyun aylarında "Azərneftkimyamaş" ASC 16 mln. manat dəyərində neft sənayesi, geoloji kəşfiyyat avadanlığı, alətlər və ehtiyat hissələri istehsal edib ki, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 34% çoxdur. Bu barədə çərşənbə günü ASC-nin baş iqtisadçısı Nəriman Böyükkişi məlumat verib. Onun sözlərinə görə, bu dövr ərzində ən məhsuldar müəssisə 2,3 mln. manat dəyərində məhsul istehsal edən Səttarxan adına maşınqayırma zavodu olub. "Bakı fəhləsi" 2,1 mln. manat, Sabunçu QHT 1,6 mln. manat, "Bakı Maşınqayırma Zavodu" 1,9 mln. manat, "Zabrat Maşınqyırma Zavodu" 1,6 mln. manat, "Suraxanı Maşınqayırma Zavodu" 1,5 mln manat dəyərində məhsul istehsal edib.

2007-ci ildə ASC-nin müəssisələri üzrə istehsal proqnozu 25 mln. manatdan çox müəyyən olunub.

"Azərneftkimyamaş" ASC respublika prezidentinin 22 mart 2001-ci il sərəncamı ilə "Azərneftkimyamaş" dövlət müsəssisəsinin əsasında yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-konstruksiya institutları daxildir.

Xəbər lenti

Xəbər lenti