...

Koreya şirkəti Azərbaycanda yeni külək elektrik stansiyasının tikintisi layihəsini təqim edib (video)

Energetika Materials 20 Avqust 2007 12:44 (UTC +04:00)
Koreya şirkəti Azərbaycanda yeni külək elektrik stansiyasının tikintisi layihəsini təqim edib (video)

Azərbaycan, Bakı / Trend müx. S.Əliyev/ Bazar ertəsi Azərbaycanın Sənaye və Energetika Nazirliyində Koreyanın "STX" şirkəti tərəfindən tikiləcək yeni külək elektrik stansiyasının tikintisi layihəsinin təqdimat mərasimi keçirilib.

Layihənin birinci mərhələsi gücü 20 meqavatt olan elektrik stansiyasının, gücü 2 meqavatt olan 10 qurğunun tikintisini nəzərdə tutur. Layihənin dəyəri 40 mln. dollar təşkil edir. Bu mərhələnin çərçivəsində stansiyanın gücünü 60 meqavatta qədər artırmaq nəzərdə tutulur.

Layihənin reallaşması məqsədilə vəsaitin 20%-i Koreyanın "STX" şikəti tərəfindən ayrılacaq, vəsaitin 80%-ni isə hər hansı bir kommersiya bankından kredit şəklində cəlb etmək nəzərdə tutulur.

Stansiyanın tikintisi 18 ay davam edəcək. Stansiyanın istismar müddəti 22 ildir. Stansiya Bakıdan 39 km aralıda, Azərbaycanın Qobustan rayonunda tikiləcək.

Xəbər lenti

Xəbər lenti