...

"Azneftkimyamaş" istehsalı artırıb

Energetika Materials 8 Sentyabr 2007 14:40 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva /"Azneftkimyamaş" ASC yanvar-avqust ayları ərzində 18,2 mln. manat dəyərində neft sənayesi, geoloji-kəşfiyyat avadanlığı, həmçinin alətlər və ehtiyat hissələri istehsal edib ki, bu da 2006-cı ilin analoji göstəricisi ilə müqayisədə 29% çoxdur. Bu məhsulların 16 mln. manat həcmində satışı həyata keçirilib. ASC-nin baş iqtisadçısı Nəriman Böyükkişinin verdiyi məlumata görə, proqnoz 106,3% yerinə yetirilib.

Onun sözlərinə görə, bu dövr ərzində ən məhsuldar müəssisə Səttərxan adına maşınqayırma müəssisəsi olub ki, bu müəssisənin məhsullarının dəyəri 2,6 mln. manat təşkil edib. "Bakı Fəhləsi" zavodu 2,4 mln. manat, Sabunçu NEZ 1,8 mln. manat, "Bakı Maşınqayırma Zavodu" 1,7 mln. manat, "Zabrat Maşınqayrma Zavodu" 1,8 mln. manat dəyərində məhsul istehsal edib.

2007-ci ildə ASC-nin müəssisələri üzrə istehsal proqnozu 25 mln. manatdan bir qədər çox müəyyən olunub.

"Azneftkimyamaş" ASC eyniadlı dövlət müəssisəsinin bazasında respublika prezidentinin 2001-ci il 22 mart tarixli sərəncamı ilə yaradılıb. ASC-nin tərkibinə 14 maşınqayırma zavodu, 4 elmi-tədqiqat və layihə-konstruksiya institutu daxildir.

Xəbər lenti

Xəbər lenti