...

Avropa Mərkəzi Bankı 2023-cü ildə istiqraz alışlarını azaldacaq

Maliyyə Materials 14 Dekabr 2022 14:17 (UTC +04:00)

Bakı. Trend:

Avropa Mərkəzi Bankı (AMB) inflyasiyanın qarşısını almaq üçün 2023-cü ildə suveren istiqrazların alışını 300 milyard avro azaltmağı planlaşdırır.

Trend xəbər verir ki, bu barədə "Financial Times" məlumat yayıb.

Nəşrin məlumatına görə, cümə axşamı AMB 5 trilyon avroluq istiqraz portfelini azaltmaq və baza faiz dərəcələrini ən azı 0,5 faiz bəndi artırmaq planlarını təqdim edəcək. Bu isə özəl investorların üzərinə daha çox yük qoyacaq. Bütün bunlar avrozona ölkələrinin ev təsərrüfatlarını və biznesləri yüksək enerji qiymətlərinin təsirindən qorumaq üçün daha çox borc buraxmağa çalışdığı bir vaxta təsadüf edir.

İsveçrənin Pictet maliyyə şirkətinin məlumatına görə, 2023-cü ildə avrozona ölkələrinin dövlət borcunun həcminin 1,1 trilyon avrodan 1,3 trilyon avroya yüksələcəyi gözlənilir.

"İqtisadi artım üçün zəif perspektivlər, yüksək borclar, eləcə də artan faiz dərəcələri ilə biz Avropa həmrəyliyinin növbəti sınağına şahid ola bilərik", - deyə Almaniyanın "Allianz" sığorta şirkətinin baş iqtisadçısı Lüdovik Subran bildirib.

Avropa Statistika Agentliyinin (Eurostat) hesablamalarına görə, avrozonada illik inflyasiya oktyabrda 10,6%-dən noyabrda 10%-ə enib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti