Bakı. Trend:
Mərkəzi Bankın sədri Taleh Kazımov Avropa Yenidənqurma və İnkişaf Bankının Siyasət və Tərəfdaşlıq üzrə vitse-prezidenti Mark Bouman ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə T.Kazımov tvitterdə yazıb. Onun sözlərinə görə, görüşdə Mərkəzi Bank ilə AYİB arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib.
"Görüşdə 2019-2024-cü illəri əhatə edən Ölkə üzrə Strategiya sənədi çərçivəsində AYİB-in Azərbaycanda maliyyələşdirdiyi layihələr, o cümlədən maliyyə bazarlarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən danışdıq", - deyə o əlavə edib.