...

Kapital Bankın rəhbər heyətində dəyişikliklər olub (FOTO)

Maliyyə Materials 5 May 2023 13:58 (UTC +04:00)
Kapital Bankın rəhbər heyətində dəyişikliklər olub (FOTO)

Bakı. Trend:

5 may 2023-cü il tarixindən etibarən Kapital Bankın rəhbər heyətində bir sıra dəyişikliklər olub.

Trend-in məlumatına görə, Kapital Bankın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev PAŞA Holding-in baş icraçı direktorunun müavini / Korporativ Bankçılıq və Sığorta üzrə direktor və Kapital Bankın Müşahidə Şurasının sədri vəzifələrinə təyin edilmişdir.

Bununla yanaşı, Kapital Bankın İdarə Heyətinin I-ci sədr müavini Fərid Hüseynov Kapital Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin edilmişdir.

Qeyd edək ki, Rövşən Allahverdiyev 2007-ci ildə PAŞA Bankın İdarə Heyətinin sədr müavini olaraq, Fərid Hüseynov isə 2015-ci ildə Kapital Bankın baş əməliyyat inzibatçısı olaraq PAŞA Qrupa qoşulmuşdurlar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti