...

"Azərpoçt" işə qəbulla bağlı müsabiqə elan edir

Telekommunikasiya Materials 21 Sentyabr 2007 11:48 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir S.Babayeva/ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərpoçt" dövlət müəssisəsi "Maliyyə xidmətlərininin inkişafı" layihəsi çərçivəsində müəssisənin aparat heyətinin formalaşdırılmasının ikinci mərhələsində vakant iş yerlərinin ləğv edilməsi üçün işə qəbulla bağlı müsabiqə elan etməyə hazırlaşır.

Cümə günü nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, işçilərin seçiminin birinci mərhələsinin başa çatmasından sonra 30 vakant iş yeri qalıb.

Müəssisənin restrukturizasiya prosesinin oktyabrda başa çatacağı planlaşdırılır. Müəssisənin strukturunun tam olaraq formalaşdırılmasından sonra müəssisə əməkdaşlarının ixtisasının artırılması məqsədilə təlimlər keçiriləcək. Yeni struktura əsasən, "Azərpoçt" əməkdaşlarının sayı 105 nəfəri təşkil etməlidir.

Xəbər lenti

Xəbər lenti