...

HP Bakıda fəaliyyətə yeni başlayan sahibkarlar üçün tədris mərkəzi açıb

Telekommunikasiya Materials 9 Oktyabr 2007 18:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bu gün "Hewlett Packard" (HR) Bakıda peşəkar İT hazırlığına ehtiyacı olan ali məktəb məzunları və işsiz gənclərin İT və biznesin idarə edilməsi sahəsində lazımi biliklərlə təmin etmək üçün, müasir tədris mərkəzi açıb. Mərkəz HP-nin "İnformasiya texnologiyaları yolu ilə sahibkarlıq üzrə təlimlər" proqramı çərçivəsində "MADAD" qeyri-hökumət təşkilatı ilə birgə açılıb.

HP tədris mərkəzinə "MADAD" təşkilatının avadanlığını təqdim edib və təşkilatın nümayəndələrini mərkəzin xüsusi təlimləri ilə təmin edib. Tədris mərkəzində gənc sahibkarlar müxtəlif biznes-tapşırıqların həllini tapmağı öyrənəcəklər. Mərkəzin daxilində kommunikasiya simsiz texnologiya vasitəsilə təmin olunacaq.

"Proqramın reallaşmasında məqsəd gənc nəsil arasında yeni texnologiyanın yayılması və gənclərin peşəkar fəaliyyətinin keyfiyyətini artırmaqdır" - deyə HP-nin Azərbaycandakı nümayəndəsi Rüfət Hacıəlibəyov bildirib. İnsan resurslarına kömək göstərilməsi ölkədə iqtisadiyyatın daha da inkişaf etməsinə səbəb olacaq. "MADAD" qeyri-hökumət təşkilatının direktoru Emil Məmmədov hesab edir ki, fəaliyyətə yeni başlayan sahibkarların bu proqramda iştirakı peşəkarlıq səviyyəsinin artırlıması üçün gözəl imkandır.

Təlimlərdə iştirak etmək məqsədilə ölkənin müxtəlif regionlarından gənclər cəlb olunacaq. HP şirkətinin Azərbaycan gənclərinin təlimi üzrə proqramı Azərbaycan prezidentinin təşəbbüsü ilə 2007-ci ildə ölkədə elan olunmuş "Gənclər ili" ilə əlaqədardır.

Xəbər lenti

Xəbər lenti