...

Azerfon "Nar Mobile Auditoriyası"nı təqdim edib

Telekommunikasiya Materials 11 Oktyabr 2007 16:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azerfon MMC (Nar Mobile ticarət nişanı) Azərbaycan Dövlət İqtisad Universitetinin yeni binasında yerləşən "Nar Mobile Auditoriyası"nı təqdim edib. Bu barədə şirkətdən məlumat verilib.

Dövlət İqtisad Universitetinin yeni korpusunun təntənəli açılış mərasimində Azerfon MMC "Nar Mobile Auditoriyası"nı təqdim edib.

Universitetin yeni korpusunun açılışı mərasimində Azərabycan Respublikasının Prezidenti cənab İlham Əliyev, dövlət başçısının xanımı Mehriban Əliyeva və digər yüksək vəzifəli şəxslər iştirak ediblər. Qonaqlar Azerfon MMC tərəfindən "Karyera üçün irəli" layihəsi çərçivəsində təmir və təchiz edilmiş "Nar Mobile Auditoriyası" ilə tanış olublar. İnformasiya resurslarının inkişafı məqsədi ilə təqdim olunan layihə çərçivəsində, xüsusi ixtisaslaşdırılmış təlimlər, işgüzar müsabiqələrin aparılması və eyni zamanda, gənclər üçün yay biznes məktəbinin yaradılması planlaşdırılır.

Bu layihə maarifləndirici xarakter daşıyır və onun əsas məqsədi gələcəkdə şəxsi karyeranın inkişafı üçün tələbələrə lazımi bilik və bacarıqların verilməsidir.

Bu, Azerfon MMC tərəfindən dəstəklənən ilk maarifləndirici layihə deyil. 2007-ci ilin iyun ayında şirkət "Karyera günləri" adlı əmək yarmarkası təşkil etmişdi. Nəticədə, 600-dən çox tələbə Azerfon şirkətində işləmək arzusunda olduğunu bildirmişdi.

Xəbər lenti

Xəbər lenti