...

Azərbaycan Rabitə İnformasiya Texnologiyaları Nazirliyi rəhbərinin İrana səfəri gözlənilir

Telekommunikasiya Materials 13 Dekabr 2007 19:30 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları naziri Əli Abbasovun İrana səfəri gözlənilir. Bu barədə "Rabitə dünyası" (nazirliyin rəsmi orqanı) qəzetinə İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Süleymani məlumat verib. "Abbasovun planlaşdırılan səfəri çərçivəsində, bir çox məsələlərin müzakirəsi gözlənilir" -nazir bildirib. Süleymani bildirib ki, İran və Azərbaycan arasında məsələlərin həlli üçün razılaşmanın imzalanması gözlənilir. "Münasib vaxtda sənəd hər iki tərəfin mütəxəssislərinin iştirakı ilə hazırlanacaq və Rabitə nazirləri tərəfindən imzalanacaq"-nazir bildirib. Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildirblər ki, Abbasovun mümkün səfəri məsələsi onun iranlı həmkarının bu ilin noyabrında Bakıya səfərinin gedişində müzakirə edilib. "Hələ ki, İrandan rəsmi dəvət gəlməyib"-nazirlikdəki mənbə bildirib. İdarədən Abbasovun səfərinin 2008-ci ilin birinci yarısında baş tutacağını istisna etmirlər.

Xəbər lenti

Xəbər lenti