...

Azərbaycan İT sahəsində kadr potensialını artırmalıdır - Beynəlxalq Elektrorabitə İttifaqının rəhbəri

Telekommunikasiya Materials 15 Dekabr 2007 13:59 (UTC +04:00)
Azərbaycan İT sahəsində kadr potensialını artırmalıdır - Beynəlxalq Elektrorabitə İttifaqının rəhbəri

Azərbaycan, Bakı / Trend müxbir S.Babayeva/ Beynəlxalq Elektrorabitə İttifaqının baş katibi Amadun Ture Azərbaycanda İT sahəsində kadr potensialının artırılmasını xüsusilə mühüm hesab edir.

"Biz əminik ki, Azərbaycan İT sahəsinin inkişafını daha sürətlə davam etdirəcək" - deyə Ture "Rabita Dunyasi" (Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi qəzeti) qəzetinə müsahibəsində bildirib.

Yanvar-sentyabr ayları ərzində Azərbaycanda rabitə sahəsində çalışanların sayı 5,8 faiz artaraq 22 min nəfərə çatıb.

Turenin sözlərinə görə, Beynəlxalq Elektrorabitə İttifaqı Azərbaycan hökumətinin İT sahəsinin inkişafına ayırdığı diqqəti müsbət qiymətləndirir.

"Ölkədə orta məktəblərin və digər ictimai obyektlərin genişzolaqlı İnternet şəbəkəsinə qoşulması təmin olunub" - deyə Ture əlavə edib.

Xəbər lenti

Xəbər lenti