...

Azərbaycanın Rabitə nazirinin ikinci müavini təyin edilib

Telekommunikasiya Materials 27 Dekabr 2007 20:43 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend , müxbir S.Babayeva/ Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları nazirinin boş qalmış müavini vəzifəsinə Elmir Vəlizadə təyin edilib. Bu barədə nazirliyin internet-saytı məlumat yayıb. Bundan əlavə, nazirlikdə digər nazir müavini İltimas Məmmədovdur. Təyinatınadək Vəlizadə Azərbaycan Prezidentinin İcra Aparatının İnformasiya resursları və texnologiyaları şöbəsinə rəhbərlik edib. Nazirliyin strateji planlaşdırma və elmi potensial şöbəsinin rəhbəri İlham Mərdanov nazirlik aparatının rəhbər müavini təyin edilib. Onun yerinə buna qədər İnformasiya cəmiyyətinin inkişafı şöbəsinin elektron xidmətlər sektorunun rəhbəri çalışan İsbəndiyar Əliyev təyin edilib. Əvvəllər strateji planlaşdırma və elmi potensial şöbəsinin planlaşdırma şöbəsinin rəhbəri MirHeydər İsmayılov Dövlət müəssisələrinin fəaliyyətinin koordinasiyası şöbəsinin rəhbəri təyin edilib. Elektron cəmiyyətin inkişafı və strateji planlaşdırma və elmi potensial şöbələrində elektron xidmətlər, planlaşdırma sektorları ləğv edilib. Beynəlxalq münasibətlər və qeyri-hökumət təşkilatları ilə iş şöbəsində yeni Protokollar sektoru açılıb. Yeni açılan sektorun rəhbəri Cabbar Musayev təyin edilib.

Xəbər lenti

Xəbər lenti