...

Bakıda ATM tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının birinci turu keçiriləcək

Telekommunikasiya Materials 4 Aprel 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 aprel / Trend / Şənbə günü Qafqaz Universitetində ali təhsil müəssisələrinin tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadasının birinci turu keçiriləcək. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.

Ölkənin 14 təhsil müəssisəsindən 33 komanda birinci turda iştirak etmək üçün ərizə verib. Komanda üzvlərinin ümumi sayı 118 nəfərdir.

Olimpiada iki turdan ibarət olub, birinci turu seçmə turudur. Olimpiadanın Əsasnaməsinə görə, seçmə turda bütün ballardan 30 faiz toplayan komandalar, 2008-ci il mayın 3-də Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda baş tutacaq final turuna keçəcək.

Olimpiada Ümumdünya Telekommunikasiya Gününə həsr olunub. Tədbir Rabitə Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və İnformasiya Texnologiyaları İnstitutunun birgə əməkdaşlığı ilə keçirilir.

Xəbər lenti

Xəbər lenti