...

Bolqarıstanın İT şirkəti Azərbaycanda tərəfdaş axtarır

Telekommunikasiya Materials 10 Aprel 2008 13:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 aprel / Trend , müxbir S.Babayeva/ Bolqarıstan Azərbaycan ilə informasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafına maraqlıdır. Bu barədə Bolqarıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İvan Palçev və "dWare" şirkətinin prezidenti Damian İvanovun Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə ilə görüşündə bildirilib, idarədən məlumat verilib.

Səfirin fikrincə, hazırda iki ölkə arasında müxtəlif sahələrdə münasibətlər genişləndirilir, lakin informasiya texnologiyaları sahəsində də əməkdaşlığı gücləndrmək mühüm məsələdir.

"dWare" şirkətinin prezidenti İvanov isə Azərbaycanın İnformasiya-Kommunikasiya Texnologiyaları (İKT) bazarına marağını bəyan edib və Azərbaycanın İnformasiya Texnologiyaları (İT) bazarına malların inteqrasiyası üçün tərəfdaş tapmaq arzusunu ifadə edib.

Onun sözlərinə görə, şirkətin proqram məhsulları bir sıra Avropa ölkələrində uğurla istifadə olunur, o, mühasibat-hesablama proqramı adı altında olan məhsulun üstünlükləri barədə danışıb. Şirkət rəhbəri bu məhsulun Azərbaycanda da yüksək qiymətləndiriləcəyinə ümid etdiyini bildirib və qeyd edib ki, Azərbaycanın "Ultra", "Risk" və "Sinam" şirkətlərinin nümayəndəlri ilə bir sıra görüşlər keçirib.

Nazir müavini Vəlizadə qeyd edib ki, Bolqarıstanın İT sektorundakı inkişafını, eləcə də ölkənin əldə etdiyi təcrübə və nailiyyətləri yüksək qiymətləndirir. O, hesab edir ki, payızda Bakıda keçiriləcək informasiya texnologiyaları üzrə "BakuTel-2008" beynəlxalq sərgisi "dWare" şirkətinin fəaliyyəti üçün də böyük rol oynaya bilər.

Xəbər lenti

Xəbər lenti