...

Dövlət Radiotezliklər İdarəsinin mütəxəssisləri Sankt-Peterburqda keçirilən ixtisasartırma kurslarında iştirak edəcəklər

Telekommunikasiya Materials 24 Aprel 2008 17:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 aprel / " / Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin (DRİ) bir qrup əməkdaşı Rusiyanın Sankt-Peterburq şəhərinin professor M.A.Bonç-Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiyaları Universitetində ixtisasartırma kurslarında iştirak edəcəklər.

Rabitə Nazirliyinin məlumatına görə, "Ötürücülərin şüalanma parametrlərinin ölçülməsi və radionəzarət" ixtisası üzrə kurslar cari ilin may ayının 19-dan 30-dək davam edəcək.

Qeyd edək ki, cari ildə DRİ-nin bir sıra əməkdaşı artıq həmin universitetdə ixtisasartırma kursları keçiblər.

M.F.Bonç Bruyeviç adına Sankt-Peterburq Dövlət Telekommunikasiyaları Universiteti - çoxkanallı telekommunikasiya sistemləri, rabitə şəbəkələri, radioyayım və televiziya, radiotexniki sistemlər, radiofizika və elektronika, videotexnika, akustika, rabitə vasitələrində proqram təminatı və texnologiya, iqtisadiyyat və menecment üzrə mütəxəssislər hazırlayan Rusiyanın ən iri ali təhsil ocağıdır. 7 000-dən çox tələbənin təhsil aldığı universitetdə 37 kafedra, 13 sahə üzrə elmi-tədqiqat laboratoriya, aspirantura bölməsi və eksperimental-istehsalat emalatxanası fəaliyyət göstərir.  

Xəbər lenti

Xəbər lenti