...

Yeni Rusiya-Azərbaycan müəssisəsi Azərbaycanda internet xidmətinin keyfiyyətini yüksəldəcək – RF-nin ticarət nümayəndəsi

Telekommunikasiya Materials 4 İyun 2009 17:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 iyun / Trend , müxbir Ü.İsmayılova /

May ayında Rusiyanın "Sinterra" və Azərbaycanın "Azərtelekom" şirkəti arasında yaradılmış birgə müəssisə (BM) vacib layihədir, belə ki, onun həyata keçirilməsi ilə Azərbaycana təqdim edilən rabitə və internetin keyfiyyətinin yüksəldilməsi tezləşəcək. Bu barədə cümə axşamı Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin mətbuat konfransında bildirib.

"Optik lifli magistral işlərinin nəticəsini hər kəs müşahidə edə bilər. BM Azərbaycanın Avropa, Cənubi-Şərqi Asiya və Hind okeanı hövzəsi ilə keyfiyyətli rabitəsini təmin edəcək", - Şedrin bildirib.

Onun sözlərinə görə, layihənin icrası üçün artıq ilk addımlar atılıb. Tərəflər artıq 17,5 milyon dəyərində olan layihənin icra edilməsi üçün sənəd imzalayıblar.

Müəssisənin yaradılması haqqında sənəd mayın 19-da Bakıda Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın işinin gedişində imzalanıb. Təsis sənədlərinə müvafiq olaraq, "Azərtelekom" və "Sinterra" birgə müəssisənin səhmdar kapitalında 50 faiz əldə ediblər. İlkin mərhələdə şirkətin qurulmasının müddətinin azaldılması üçün müəssisənin nizamnamə kapitalı minimal olacaq, lakin səhmdarlar yaxın gələcəkdə onu artırmaq niyyətindədirlər.

Yeni struktur öz layihələrində Azərbaycan və Rusiya ərazisində "Azərtelekom" və "Sinterra"-nın  infrastruktur sinerjisinin resurs və imkanlarından istifadə edəcək. Bu səbəbdən tərəfdaşlar Rusiya və Azərbaycan arasında transsərhəd optik lifli keçidin qurulmasına başlayıblar. Qeyd olunan keçid Rusiya-Azərbaycan sərhədində, Dərbənd-Quba bölgəsində operatorların telekommunikasiya infrastrukturlarını birləşdirəcək. Tərəfdaşlardan hər biri sərhədə qədər öz şəbəkə bölməsini inşa edəcək. Keçidin bazasında 10 GB/s buraxılış imkanına malik beynəlxalq rabitə xətti yaradılacaq.

Şəbəkələrarası qovşağın qurulması Azərbaycan biznesi və əhalisinin "Sinterra" tərəfindən təqdim edilən kompleks rabitə, beynəlxalq şəhərlərarası rabitə xidmətlərinə çıxışı, maqistral kanalların icarəsi, İP MPLS şəbəkəsi əsasında xidmətlər, internetə çıxışı, MEM (Məlumatların emalı mərkəzi) şəbəkə resurslarına və bölüşdürülmüş "call" mərkəzinə çıxışını təmin edəcək. Əldə edilmiş razılıqlara görə, baza telekommunikasiya xidmətlərinə (telefon, ötürmə, internetə çıxış) çıxışı "Azərtelekom" təmin edəcək, innovasiya xidmətlərinin inkişafı ilə (MEM, "call" mərkəzi, GRİD texnologiyalar, kontent xidmətlər) birgə müəssisə məşğul olacaq.

BM-in inkişaf istiqamətlərindən biri respublikanın televiziya şirkətlərinin və İP operatorlarının rəqəmli videokontentə çıxışı, o cümlədən Rusiya yayımlayıcılarının Azərbaycanda istehsal edilən kontentə çıxış imkanlarının genişləndirilməsi üzrə iş olacaq. Kontentin dəyişilmə nöqtəsi "Sinterra"-nın MEM-ləri, intellektual platforma isə peşəkar media-portal "Sinterra-Media" (2) olacaq. Onların imkanlarından ümumi Rusiya və xarici kanallların idman və informasiya yayımlayıcıları istifadə edirlər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti