...

Səhiyyə Nazirliyi "Elektron sağlamlıq kartı" layihəsini regional səviyyədə həyata keçirir

Telekommunikasiya Materials 24 İyul 2009 11:51 (UTC +04:00)
Səhiyyə Nazirliyi “Elektron sağlamlıq kartı” layihəsini regional səviyyədə həyata keçirir. Gəncə Səhiyyə İdarəsinin məlumatına görə, layihə çərçivəsində elektron kartlar 2007-2009-cu illərdə doğulan təxminən 4700 uşağa verilib.

Azərbaycan, Bakı, 24 iyul / Trend , müxbir H. Vəliyev /

Səhiyyə Nazirliyi "Elektron sağlamlıq kartı" layihəsini regional səviyyədə həyata keçirir. Gəncə Səhiyyə İdarəsinin məlumatına görə, layihə çərçivəsində elektron kartlar 2007-2009-cu illərdə doğulan təxminən 4700 uşağa verilib. Yaxın vaxtlarda 2006-cı ildə doğulan uşaqlara kart verilməsi məsələsi nəzərdən keçirilir.

Sistem Naxçıvan Muxtar Respublikasının mərkəzi xəstəxanasında da tətbiq olunur. Burada 14 yaşadək uşaqlara elektron kart verilməsi nəzərdə tutulub.

Artıq Səhiyyə Nazirliyinin şöbələri arasında lokal şəbəkə yaradılıb, xidməti informasiyanın operativ mübadiləsinə şərait yaratmaq üçün regional müalicə-proflaktik idarələrlə elektron əlaqə fəaliyyət göstərir.

Pasiyentlər barədə tibbi uçotun aparılmasının avtomatlaşdırılması əhəmiyyətli dərəcədə lazım olan informasiyanın axtarışını asanlaşdırıb və dioqnoz qoymanın vaxtını qısaldıb.

Səhiyyə Nazirliyinin planına əsasən, elektron sağlamlıq kartı ilə Azərbaycanın bütün vətəndaşları təmin olunacaq, yəni hər pasiyent ənənəvi kağız kartla yanaşı, plasyik karta da sahib olacaq.  

Elektron kartda vətəndaş haqqında şəxsi məlumatlar, tibbi və sosial sığorta, pensiya təminatı və s. barədə informasiyalar veriləcək. Gərəkli informasiyalar vahid məlumat bankına lokal şəbəkə vasitəsilə bilavasitə tibb müəssisələrindən daxil ediləcək. 

"Elektron sağlamlıq kartı" layihəsi AR Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Pilot layihə ilk dəfə 2006-cı ildə paytaxtın uşaq poliklinikasında və doğum evlərində keçirilib.

Tibbi heyət üçün xüsusi treninqlər təşkil olunub.

Gələcəkdə elektron kartlar polinlinikalarda qeydiyyatda olan 14 yaşa qədər bütün uşaq kontingentlərinə veriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti