Azərbaycan, Bakı, 27 iyul, / Trend , müxbir H.Vəliyev /
"Azercell" şirkəti iyulun 28-dən öz şəbəkəsinin abunəçiləri üçün "Azercell-ə qoşularaq" adı altında növbəti aksiyanın keçirilməsini elan edir. Bu barədə şirkətin mətbuat xidməti xəbər verir. Məlumatda deyilir ki, aksiyanın şərtləri ən qısa müddətdə elan olunacaq.
Şirkət "İl boyu hədiyyə" aksiyasının davam etdirilməsi barədə də məlumat verib. Bu aksiya çərçivəsində hər bir yeni abunəçi və ya Sim nömrəsini bərpa edənlər prizlərə sahib olacaq, 500 kontur, bir ay boyunca açıq xətt, il ərzində GizletCELL xidmətlərindən istifadə etmək imkanları, abunəçinin balansına hər ay yüklənəcək 300 pulsuz kontur əldə edəcək.
Hədiyyə konturları şəbəkədaxili danışıqlarda istifadə edilə bilər.
Kampaniyaya qoşulma nömrənin aktivləşməsindən 24 saat sonra həyata keçirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı6 [email protected]