...

Azərbaycanın poçt rabitəsi operatoru regional şəbəkəsini genişləndirir

Telekommunikasiya Materials 14 Oktyabr 2009 20:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir Q.Vəliyev/

Azərpoçt ASC Azərbaycanın müstəqilliyi günü ilə əlaqədar Biləsuvar, Göygöl və Xaşmazda yeni poçt şöbələrini istifadəyə verməyi planlaşdırır, Azərpoçtdan verilən məlumatda deyilir.

Yeni poçt şöbələri yeni korporativ üslubda tikilib, müasir avadanlıqlarla və müştərilərə lazım olan informasiyalarla təchiz olunub.

Poçt şöbələri öz müştərilərinə ənənəvi poçt xidmətlərilə yanaşı, təcili pul köçürmələri xidməti də göstərəcək. Əhalinin rahatlığı üçün poçt şöbələrində şəhərlər arası telefon rabitəsi də quraşdırılıb. Yeni poçt şöbələrində internetə qoşulmaq imkanı da var.

Bu gün Azərpoçtun 1600-dən artıq poçt şöbəsi var.

Xəbər lenti

Xəbər lenti