...

Azərbaycan ITU sammitində informasiya cəmiyyətinin yaradılması məsələsinin müzakirəsində iştirak edəcək

Telekommunikasiya Materials 13 Noyabr 2009 16:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 noyabr / Trend , müxbir H.Vəliyev/

Beynəlxalq Elektrorabitə Birliyinin (ITU - International Telecommunication Union) regional sammitinin iştirakçıları "MDB məkanını birləşdirək" informasiya cəmiyyətinin yaradılması, yeni xidmətlərin tətbiq edilməsi, rəqəmli televiziya texnologiyası və informasiya təhlükəsizliyi kimi aktual məsələləri nəzərdən keçirəcəklər. Bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin məlumatında deyilir.

Sammit noyabrın 23-dən 27-dək Minskdə keçiriləcək. Sammit hökumət dairələrinin nümayəndələri arasındakı münasibətlərin yeni mərhələsinə, biznesə, maliyyə institutlarına, təhsil təşkilatlarına və tədarükçülərin təhcizatlarına, İKT sahəsinin inkişafı ilə maraqlananlara, MDB regionunda qlobal informasiya cəmiyyətinin yaradılması yolunda yardım göstərilməsinə həsr olunub.

İclasda Azərbaycanı Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan və başqa ölkələrin səlahiyyətli nümayəndələri və ekspertləri iştirak edəcəklər. Azərbaycan nümayəndə heyətinə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov rəhbərlik edəcək.

"MDB məkanını birləşdirək" yüksək səviyyəli görüşü ITU-nun "Dünyanı birləşdirək" qlobal təşəbbüsünün bir hissəsidir və özəl sektorlarla dövlət sektorları arasındakı tərəfdaş münasibətlərin 2015-ci ilədək informasiya cəmiyyəti məsələləri üzrə yüksək səviyyədəki ümumdünya görüşünün əsas məsələlərinin icrası üçün lazım olan investisiyaların cəlb edilməsi məqsədilə bərqərar edilməsinə yardım etməyə istiqamətlənib.

"MDB məkanını birləşdirək" görüşünün ümumi vəzifəsi bütün regionun rəqəmsal texnologiyalara əsaslanan, hər yerdə iqtisadi və sosial inkişafın mühərriki hesab edilən infrastruktur və xidmətlərə keçməsi üçün lazım olan texniki, maliyyə və insan resurslarının səfərbərliyindən ibarət olacaq. İlkin vəzifələr sırasına müasir texnologiyaların və rabitə vasitələrinin, investisiyaların cəlb edilməsi üçün münasib şəraitin yaradılması, normativ-hüquqi mühitin təkmilləşdirilməsi, informasiya-kommunikasiya texnologiyalarının istifadəsi bazasında xidmətlərin tətbiqi aiddir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti