...

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" 3G şəbəkəsinin işlənməsi üzrə lisenziya almasını rəsmi olaraq elan edib

Telekommunikasiya Materials 2 Dekabr 2009 17:01 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" (Nar Mobile ticarət markası) 3G standartında xidmət göstərilməsi üzrə lisenziya almasını rəsmi olaraq elan edib. Bu barədə çərşənbə günü "Azerfon"un baş direktoru Gido Helbix şirkətin təşkil etdiyi mətbuat konfransında bildirib.
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" 3G şəbəkəsinin işlənməsi üzrə lisenziya almasını rəsmi olaraq elan edib

Azərbaycan, Bakı, 02 dekabr / Trend , müxbir H.Vəliyev/

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" (Nar Mobile ticarət markası) 3G standartında xidmət göstərilməsi üzrə lisenziya almasını rəsmi olaraq elan edib. Bu barədə çərşənbə günü "Azerfon"un baş direktoru Gido Helbix şirkətin təşkil etdiyi mətbuat konfransında bildirib.

Helbixin dediyi kimi, 3G standartında xidmətdən istifadə edilməsi üçün abunəçilərə Sim-kartlarını dəyişmək lazımdır.

3G stantartında xidmətin təqdim olunması üçün şirkət tərəfindən ilin sonunadək başa çatacaq və abunəçilər üçün əlçatan olacaq xidmət üzrə sınaq işləri başlanılıb.

Şəbəkə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tələbinə uyğun olaraq yaradılıb.

Helbixin sözlərinə görə, 3G şəbəkəsinin yaradılmasına "Azerfon" tərəfindən 20 milyon dollar kapital qoyulub.

3G standartında xidmətin ilkin mərhələdə Bakıda, Abşeron yarımadasında və Naxçıvan Muxtar Respublikasında istifadəsi mümkün olacaq.

Şirkətlərin üçüncü nəsil şəbəkəsini tətbiq etmək üçün 21MHz tezliyi icarəyə götürülüb.

"Azerfon" öz ticarət fəaliyyətinə 2007-ci il martın 21-dən başlayıb. Bu gün Azərbaycan ərazisinin təxminən 80 faizi "Azerfon" şəbəkəsi ilə əhatə olunub. "Azerfon" şəbəkəsinin abunəçi bazası 1,5 milyon abunəçidən çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti