...

2011-ci ildə dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi üzrə konkret addımlar atılacaq - nazir

Telekommunikasiya Materials 24 Noyabr 2010 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 noyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi dövlət rabitə müəssisələrinin özəlləşdirilməsi üzrə konkret addımlar atacaq. Bu barədə çərşənbə günü rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

Onun sözlərinə görə, bu gün rabitə və informasiya texnologiyaları sektoru üzrə gəlirin orta hesabla 80 faizi özəl şirkətlərin payına düşür.

"Hazırda yalnız bəzi şirkətlər özəlləşdirilməyib. Onların arasında "Aztelecom", "Bakı Telefon Rabitəsi" var. Onların özəlləşdirilməsi ilə bağlı müvafiq iş aparılır", - Abbasov qeyd edib.

Nazirin sözlərinə görə, artıq strukturun yenidən qurulması üzrə işlərə başlanılıb və yəqin ki, gələn il bu istiqamətdə konkret addımlar atılacaq.

Xəbər lenti

Xəbər lenti