...

BMT İnkişaf Proqramı Azərbaycanın Sərhəd Xidməti üçün kompüter avadanlıqlarının alınması üzrə tender elan edib

Telekommunikasiya Materials 29 Dekabr 2010 16:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir H.Vəliyev/

BMT İnkişaf Proqramı (UNDP) Azərbaycanın Dövlət Sərhəd Xidməti üçün kompüter avadanlıqlarının alınması üzrə tender elan edib. Bu barədə çərşənbə günü UNDP-nin məlumatında deyilir.

Tender stolüstü və portativ kompüterlərin, telekommunikasiya avadanlıqlarının, proqram təminatının və ofis periferiyasının alınmasını nəzərdə tutur.

İştirakçıların təklifləri yanvarın 13-dək iş günləri ərzində BMT-nin Azərbaycandakı nümayəndəliyində (Bakı, BMT-nin 50 illiyi küçəsi, 3) qəbul edilir.

Əlavə məlumat üçün 498-98-88 telefonu ilə müraciət etmək olar. Əlaqəçi şəxs: Məzahir Əfəndiyev ([email protected]).

Xəbər lenti

Xəbər lenti