Azərbaycan, Bakı, 10 yanvar /Trend/
Azərbaycanda ilk mobil operatoru olan Bakcell şirkəti Yeni il qabağı CinKredit xidmətində yenilik tətbiq edib. Yeni CinKredit xidmətindən istifadə etməklə, balansında konturu olmayan aktiv Cin abunəçiləri birinci krediti ödəmədən 400 kontur məbləğində ikinci dəfə kreditə kontur götürə bilərlər. Kreditə kontur götürmək üçün mobil telefondan *150#YES düymələrini yığmaq lazımdır. Hər dəfə kreditdən istifadə haqqı 80 konturdur.
Ötən ilin oktyabr ayında Bakcell abunəçilərə birinci krediti ödəmədən 300 kontur məbləğində ikinci krediti almaq imkanını verən CinKredit xidmətini təqdim etmişdi. İndi bu xidmət daha da genişləndirildi və artıq Cin abunəçiləri bir-birinin ardınca iki dəfə 400 kontur məbləğində kredit ala bilərlər.