...

Azərbaycan Vergilər Nazirliyi sənəd dövriyyəsinin elektron sisteminin istifadəsinin vacibliyini xatırladır

Telekommunikasiya Materials 28 Yanvar 2011 13:37 (UTC +04:00)
Xüsusi elektron poçt qutuları olan vergi ödəyicilərinə müvafiq sənədləşmə yalnız elektron şəkildə göndəriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Vergilər Nazirliyindən verilən məlumatda deyilir. Bununla bağlı nazirlik vergi ödəyicilərinə vaxtaşırı poçtu yoxlamağı xatırladır.
Azərbaycan Vergilər Nazirliyi sənəd dövriyyəsinin elektron sisteminin istifadəsinin vacibliyini xatırladır

Azərbaycan, Bakı, 28 yanvar /Trend/

Xüsusi elektron poçt qutuları olan vergi ödəyicilərinə müvafiq sənədləşmə yalnız elektron şəkildə göndəriləcək. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan Vergilər Nazirliyindən verilən məlumatda deyilir. Bununla bağlı nazirlik vergi ödəyicilərinə vaxtaşırı poçtu yoxlamağı xatırladır.

Məlumata əsasən, 2010-cu ilin martından Azərbaycan Vergilər Nazirliyi vergi ödəyicilərinə "kargüzarlıq" sistemi altında (avtomatlaşdırılmış vergi informasiya sisteminin hissələrindən biri) respublikanın vergi orqanlarına müraciət imkanlarını təqdim edib. Bu məqsədlə avtomatlaşdırılmış sistemdə hər bir istifadəçi üçün fərdi elektron poçt qutusu yaradılıb.

Vergi orqanlarına sənədlərin kağız formasında təqdim olunması tələb edilən hallar istisna olmaqla, göstərilmiş elektron poçt qutuları olan vergi ödəyiciləri ilə yazışma yalnız elektron şəkildə aparılacaq.

Xəbər lenti

Xəbər lenti