...

Azərbaycanda daxil olan internet-trafikin sürəti 12,5 Gbit/saniyəyə çatıb

Telekommunikasiya Materials 1 Mart 2011 17:11 (UTC +04:00)
Azərbaycanın ilkin provayderi "Delta Telecom"un şəbəkəsində daxil olan internet-trafikin sürəti 12,5 Gbit/saniyəyə çatıb.
Azərbaycanda daxil olan internet-trafikin sürəti 12,5 Gbit/saniyəyə çatıb

Azərbaycan, Bakı, 1 mart /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın ilkin provayderi "Delta Telecom"un şəbəkəsində daxil olan internet-trafikin sürəti 12,5 Gbit/saniyəyə çatıb. Bu barədə şirkətin statistik məlumatında deyilir.

Son ay ərzində daxil olan trafikin həcmi (internet-servis provayderlərin şəbəkəsində istifadə olunan) 1 Gbit/saniyəyədək artıb.

Şəbəkənin yüklənmə dinamikası sutkanın vaxtından asılı olaraq dəyişir və daha çox yüklənmə gündüz saatlarının payına düşür. Gecə vaxtı bu göstərici 3 Gbit/saniyəyədək azalır.

"Delta Telecom"un statistikasına əsasən, çıxan trafikin həcmi 4 Gbit/saniyəyə çatır. Bu göstərici sutkanın gecə vaxtı 1 Gbit/saniyəyədək azalır.

Hazırda AzNET seqmentinin ümumi tutumu 40 Gbit/saniyəyə çatır.

"Delta Telecom"un trafikini öz aralarında 26 telekommunikasiya operatoru (dövlət və şəxsi internet-provayderlər, simsiz rabitə operatorları və s.) bölüşür.

Martın 1-nə olan vəziyyətə görə, son istifadəçiyə çatdırılan trafikin böyük həcmi dövlət internet provayderi "Bakinternet"in (22,91 faiz) payına düşüb. 14,49 faizlə ikinci yeri "Uninet" şirkəti (ticarət markası "Stream"), üçüncü yeriu isə "Stellford" (ticarət markası "Connect") - 9,58 faiz - tutur.

Trafikin həcminə görə sonrakı provayderlər aşağıdakı ardıcıllıqda gəlirlər:

Azeronline - 9,62 faiz, Superonline - 7,14 faiz, Ultel - 5,97 faiz, DATAPlus - 5,77 faiz, ADaNet - 3,54 faiz, Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat-Hesablama Mərkəzi - 2,9 faiz, Aztelekom - 2,58 faiz, AzStarNet - 2,53 faiz, AzEuroTel - 2,17 faiz, SMART - 1,97 faiz, TransEuroCom - 1,48 faiz, Avirtel - 1,39 faiz, Nakhchivan - 0,99 faiz, Caspel - 0,98 faiz, DataCell - 0,93 faiz, AzNET - 0,80 faiz, IntraNS - 0,59 faiz, Bakcell - 0,51 faiz, Castel - 0,40 faiz, Azerfon - 0,28 faiz, AzIntex - 0,23 faiz, Azerin - 0,18 faiz və QlobalNet - 0,16 faiz.

Xəbər lenti

Xəbər lenti