...

"Şərq-Qərb" informasiya supermagistralı layihəsi üzrə danışıqların birinci mərhələsi başa çatıb - nazir müavini

Telekommunikasiya Materials 3 Mart 2011 13:37 (UTC +04:00)
"Şərq-Qərb" transmilli informasiya supermagistralının tikintisi layihəsi çərçivəsində konsorsiumun yaradılmasına dair danışıqların birinci mərhələsi başa çatıb.
"Şərq-Qərb" informasiya supermagistralı layihəsi üzrə danışıqların birinci mərhələsi başa çatıb - nazir müavini

Azərbaycan, Bakı, 3 mart /Trend, müxbir H.Vəliyev/

"Şərq-Qərb" transmilli informasiya supermagistralının tikintisi layihəsi çərçivəsində konsorsiumun yaradılmasına dair danışıqların birinci mərhələsi başa çatıb. Trend-in məlumatına görə, bu barədə cümə axşamı Bakıda keçirilən "The Azerbaijan Investors' Summit 2011" - azərbaycanlı sərmayədarların sammitində rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirib.

Onun sözlərinə görə, bu gün aralarında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, Qazaxıstan və Çinin olduğu altı ölkənin ən iri telekommunikasiya operatorları bu layihədə iştirak etməyə hazır olduqlarını bildiriblər.

"Qərb-Şərq" layihəsi ümumilikdə, 20 ölkəni birləşdirəcək və regionun inkişafı üçün mühüm rol oynayacaq. Layihənin həyata keçirilməsi Qərbi Avropa və Sakit okean hövzəsinə daxil olan ölkələr arasında "informasiya uçurumu"nu aradan qaldırmağa imkan verəcək.

Layihənin reallaşdırılması iki mərhələdə həyata keçiriləcək. Birinci mərhələ Şərqi Avropadan Çinə qədər Xəzərin dibi ilə kabel magistralının çəkilişini nəzərdə tutur. İkinci mərhələ çərçivəsində Avrasiya, o cümlədən Mərkəzi Asiya ölkələrinin əlverişli tariflərlə qoşulmasının təmin olunması mümkün olacaq.

"Şərq-Qərb" transmilli informasiya supermagistralının tikintisi layihəsi çərçivəsində konsorsiumun yaradılmasına dair memorandumun bu il imzalanacağı gözlənilir. Konsorsiumun yaradılması layihənin kommersiya reallaşdırılmasının başlanğıcını qoyacaq.

BMT-nin 66-cı plenar iclası çərçivəsində "Qərb-Şərq" transmilli informasiya supermagistralının yaradılması üzrə Azərbaycanın təqdim etdiyi təşəbbüsün qəbul edilməsi optik-lif kabel magistralının Xəzər seqmentinin çəkilişi üzrə həll olunmamış bütün təşkilati məsələləri də aradan qaldıracaq.

BMT yoxsulluq səviyyəsinin aşağı salınmasına, iqtisadiyyatın səviyyəsinin artırılmasına istiqamətlənən və regiounun inkişafı üçün lokomotiv rolunu oynayacaq layihəni alqışlayıb.

Xəbər lenti

Xəbər lenti