...

"Azercell" pul tarifinə keçidlə əlaqədar yeni tarif planlarını açıqlayıb

Telekommunikasiya Materials 29 Aprel 2011 16:23 (UTC +04:00)
Pre-paid abonentlər üçün yeni pul tarifi sistemi abonentin xərclərinə nəzarət etməyə imkan verəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azercell" şirkətinin rəhbərli Əli Ağan deyib.
"Azercell" pul tarifinə keçidlə əlaqədar yeni tarif planlarını açıqlayıb

Azərbaycan, Bakı, 29 aprel /Trend, müxbir H.Vəliyev/

Pre-paid abonentlər üçün yeni pul tarifi sistemi abonentin xərclərinə nəzarət etməyə imkan verəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü "Azercell" şirkətinin rəhbərli Əli Ağan deyib.

Ağanın sözlərinə görə, pre-paid şəbəkəsi pul tarifi sisteminə aprelin 30-dan mayın 1-nə keçən gecə keçiriləcək.

"Yeni pul tarifi sistemi ilə yanaşı, abonentlərə ən sərfəli qiymətlərlə yeni tarif planları təklif olunacaq. Burada 60 faizədək güzəştlər nəzərdə tutulub", - Ağan bildirib.

Yeni sistemin tətbiqi üzərində iş 2009-cu ilin sonunda başlayıb. Bu layihəyə milyonlarla dollar yatırılıb. Prosesə 40-a yaxın mütəxəssis və mühəndis cəlb edilib.

Artıq SimSim abunəçilərinin danışıqları konturla deyil, manatla hesablanacaq. Bu barədə "Azercell Telekom" MMC-nin məlumatında deyilir. "Azercell" 1998-ci ildə dünyada əvvəlcədən ödəmə və danışıqların konturlarla ölçülməsini tətbiq edən ilk şirkətlərdən olub. Bu sistemin tətbiqi həmin dövrdə zamanın tələbi idi.

Bu gün SimSim abonentləri üçün kontur əvəzinə manat hesablama sisteminə keçid də zamanım tələbidir. Yeni ödəmə sisteminə keçidin əsas məqsədi milyonlarla abonentin danışıq vaxtı ilə bağlı daha çox məlumat alması və müqayisələr aparmasıdır. "Azercell" bəyan edir ki, yeni sistem abonentlərin cari danışıq vaxtını idarə etməsinə və ona nəzarət etməkdə yardımçı olacaq.

"Abonentlərimizin istək və rahatlığını nəzərə alaraq, kontur əsaslı hesablaşmadan manat əsaslı hesablaşmalara keçid etməyi qərara aldıq. Gərgin çalışmalardan sonra bu sistemin tətbiqinə nail olduq. Ümid edirik ki, yeni ödəmə sistemi abonentlərimiz üçün həm rahat, həm də faydalı olacaq", - Ağan qeyd edib.

Mayın 1-dən etibarən fakturalı və fakturasız xətt abonentləri yeni "Bizimkilər" və "Hər Yerə" tarif paketləri arasında seçim edə biləcəklər. Üstünlüklərdən biri odur ki, fakturalı abonentlər üçün bu tariflərdə abunə haqqı yoxdur.

Gənclərə yönəlmiş və yenilənmiş "GəncSim" tarifi SimSim abonentlərinə xidmət göstərəcək.

Fakturalı xətt abonentləri arasında böyük sayda iş adamlarının olduğunu nəzərə alaraq, onlar üçün xüsusi yeni "Biznes200" tarifi təklif edilir: bu tarifdə 10 manat aylıq abunə haqqı müqabilində hər ay şəbəkədaxili 200 dəqiqə və 200 SMS hədiyyə verilir. "Dövlətcell" və "Mediacell" tarifləri də indi daha sərfəli olub.

Fakturasız Xətt (SimSim) tarifləri (ƏDV daxil):

- "Bizimkilər" tarifi - "Azercell"lilərlə danışmaq üçün ən sərfəli tarif;

- "Hər Yerə" tarifi - ölkə daxilində hər istiqamətə bir qiymət;

- "GəncSim" tarifi - "Azercell"lilərlə 3-cü dəqiqədən sonra pulsuz danışın! Üstəlik saat 00:00-dan 08:00-dək və həftəsonu edilən zənglərə 50% endirim!

Tarifin adı

Şəbəkədaxili (1 dəq.)

Şəbəkəxarici (1 dəq.)

"Bizimkilər"

7 qəp.

14 qəp.

"Hər Yerə"

10 qəp.

10 qəp.

"GəncSim"

10 qəp.

14 qəp.

Tariflər

1 SMS

1 MMS

1 MB internet

"Bizimkilər"

"Hər Yerə"

5 qəp.

10 qəp.

71 qəp.

"GəncSim"

3 qəp.

8 qəp.

35 qəp.

Fakturalı Xətt tarifləri (ƏDV daxil):

- "Bizimkilər" tarifi - "Azercell"lilərlə danışmaq üçün ən sərfəli tarif;

- "Hər Yerə" tarifi - ölkə daxilində hər istiqamətə bir qiymət;

- "Biznes200" tarifi - şəbəkədaxili aylıq 200 dəqiqə və 200 SMS HƏDİYYƏ alırsınız!

Tarifin adı

Şəbəkədaxili (1 dəq.)

Şəbəkəxarici (1 dəq.)

Abunə haqqı

"Bizimkilər"

7 qəp.

14 qəp.

---

"Hər Yerə"

10 qəp.

10 qəp.

---

"Biznes200"

7 qəp.

12 qəp.

10 manat

1 SMS

1 MMS

1 MB internet

5 qəp.

10 qəp.

71 qəp.

"Əzizlərim" kampaniyası

Kampaniya

Şəbəkədaxili

(3 nömrə)

Şəbəkəxarici

(1 nömrə)

Beynəlxalq

(1 nömrə)

Əzizlərim

1 dəq. = 4 qəp.

1 dəq. = 8 qəp.

1 dəq. = 24 qəp.

Seçdiyiniz 3 Azercell nömrəsinə göndərilən SMS və MMS-lərə 50% ENDİRİM!

Xəbər lenti

Xəbər lenti