...

Azərbaycanın Rabitə Nazirliyi CATEL mobil rabitə xidmətlərinin digər tərəfə verilməsinə baxır

Telekommunikasiya Materials 17 May 2011 12:21 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi CATEL mobil rabitə operatorunun simsiz mobil rabitə xidmətləri göstərmək səlahiyyətlərinin digər tərəfə verilməsi məsələsinə baxır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə nazirinin müavini İltimas Məmmədov bildirib.
Azərbaycanın Rabitə Nazirliyi CATEL mobil rabitə xidmətlərinin digər tərəfə verilməsinə baxır

Azərbaycan, Bakı, 17 may /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi CATEL mobil rabitə operatorunun simsiz mobil rabitə xidmətləri göstərmək səlahiyyətlərinin digər tərəfə verilməsi məsələsinə baxır. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı rabitə nazirinin müavini İltimas Məmmədov bildirib.

Onun sözlərinə görə, stasionar şəbəkədəki problemlər CATEL və "Bakı Telefon Rabitəsi" İB-nin mütəxəssislərinin birgə səyləri nəticəsində artıq qismən aradan qaldırılıb və təxminən 20 min abunəçi üçün rabitə bərpa edilib.

Bir müddət əvvəl Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirmişdi ki, nazirlik Catel rabitə operatorunun CDMA seqmentini Azerfon mobil rabitə operatorunun, stasionar seqmenti isə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin (BTRİB) istifadəsinə verilməsinin mümkünlüyünə baxır.

CATEL şəbəkəsində problemlər aprelin 1-dən başlayıb. Nəticədə bu, CDMA standartında işləyən telefon sahiblərinin (417, 418 və 415 indeksli telefon nömrələri, eləcə də 040 zona kodu ilə başlayan Fonex mobil şəbəkə nömrələri) telefon şəbəkəsindən ayrılmasına gətirib çıxarıb. Şirkət bunu cihazalardakı nasazlıqlarla izah edib.

Bu gün CATEL operatoru şəbəkəsinin abonentlərinin ümumi sayı 70 minə yaxındır. Bunun təxminən 60 mini CDMA simsiz rabitə standartının abonentləridir.

"Azerfon" MMC öz kommersiya fəaliyyətinə 21 mart 2007-ci il tarixində "Nar Mobile" ticarət nişanı ilə başlayıb. "Nar Mobile" ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilib. Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80 faizini əhatə edir. Bu günədək Azerfon şirkəti 1,7 milyonadək abunəçiyə xidmət göstəri r.

Xəbər lenti

Xəbər lenti