...

"Aztelekom" İB Masallı Telekommunikasiya Qovşağı binasının tikintisi üçün tender elan edib

Telekommunikasiya Materials 15 İyun 2011 12:58 (UTC +04:00)
"Aztelekom" İstehsalat Birliyinin Masallı Telekommunikasiya Qovşağı mərkəzi ATS binasının tikintisi üçün tender elan edib.
"Aztelekom" İB Masallı Telekommunikasiya Qovşağı binasının tikintisi üçün tender elan edib

Azərbaycan, Bakı, 15 iyun /Trend/

Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Aztelekom" İstehsalat Birliyinin Masallı Telekommunikasiya Qovşağı mərkəzi ATS binasının tikintisi üçün tender elan edib.

İddiaçılar tenderdə iştirak etmək üçün ilkin sənədləri (tender təklifi, bank zəmanəti və iş qrafiki istisna olmaqla) bu il 7 iyul saat 17:00-dək, tender təkliflərini, iş qrafikini və bank zəmanətini 14 iyul saat 17:00-dək təqdim etməlidirlər. Tender zərfləri 15 iyul saat 12:00-da açılacaq.

Tender proseduru haqqında əlavə məlumat almaq üçün müraciət etmək olar:

Masallı Telekommunikasiya Qovşağı, tel.: (0151) 5 30 04 və ya "Aztelekom" İB, tel.: (012) 343 00 00 (2-63).

Bu ilin fevralında baş vermiş güclü partlayış nəticəsində Masallı Telekommunikasiya Qovşağının binası yararsız vəziyyətə düşüb. Partlayış nəticəsində bir neçə nəfər həlak olub və yaralanıb.

Masallı şəhəri Bakıdan 230 kilometr cənubda yerləşir.

Xəbər lenti

Xəbər lenti