...

Rabitə operatorlarının LTE-yə keçidi istifadəçilərin yüksək sürətə artan tələbatı ilə əlaqədardır

Telekommunikasiya Materials 21 İyun 2011 13:33 (UTC +04:00)
Mobil rabitə operatorlarının LTE texnologiyasına keçidi son istifadəçilərin yüksək sürətə artan tələbatı ilə əlaqədardır. Bu barədə çərşənbə axşamı Bakıda "Nokia Siemens Networks" şirkətinin strateji marketinq departamentinin rəhbəri Stansilav Korolyov deyib.
Rabitə operatorlarının LTE-yə keçidi istifadəçilərin yüksək sürətə artan tələbatı ilə əlaqədardır

Azərbaycan, Bakı, 21 iyun /Trend, müxbir H.Vəliyev/

Mobil rabitə operatorlarının LTE texnologiyasına keçidi son istifadəçilərin yüksək sürətə artan tələbatı ilə əlaqədardır. Bu barədə çərşənbə axşamı Bakıda "Nokia Siemens Networks" şirkətinin strateji marketinq departamentinin rəhbəri Stansilav Korolyov deyib.

Onun sözlərinə görə, bu gün mobil istifadəçilər istənilən yerdən genişzolaqlı simsiz istifadəyə üstünlük verirlər. Bu, əlavələr bazarının artması il əlaqədardır.

"Bu gün əlavələr bazarı geniş inkişaf edir və bazarın bu sektoru son 3 il ərzində 600 milyon dollardan 4,5 milyard dollaradək artıb. Bazar devoloper şirkətləri, proqram həllərinin operator və işləyiciləri arasında bölünür. Yaxın 5 ildə böyük trafik həcmləri 3G şəbəkəsi vasitəsilə ötürüləcək. Bundan sonra yeni texnologiyaların yaranması ilə LTE trafik bu şəbəkələrə keçəcək", - Korolyov bildirib.

"Nokia Siemens Networks" şirkətinin "Mobile Broadband" kateqoriyalı məhsul marketinqi şöbəsinin rəhbəri Kay Sahalın sözlərinə görə, genişzolaqlı mobil şəbəkələrdə məlumatların ötürülməsinin sürəti orta hesabla 42 Mbit/saniyə təşkil edir, gələcəkdə LTE texnologiyasının inkişafı sayəsində bu göstərici 600 Mbit/saniyəni, perspektivdə 1 Gbit/saniyəni üstələyəcək.

Sahalın sözlərinə görə, operatorların LTE texnologiyasına keçməsi üçün bir neçə yol var.

"Müvafiq lisenziyası olmayan LTE şəbəkəsinin tətbiqinə və inkişafına aqressiv əhval-ruhiyyədə olan və ilkin mərhələdə HSPA+ texnologiyasını tətbiq edən, sonradan LTE-yə tədricən keçəd operatorlar var", - o qeyd edib.

Hazırda HSPA texnologiyası mobil rabitə bazarının 70 faizini turu.

Şəbəkələr əsasən Avropa ölkələrində, Sakit okean regionunda və ABŞ-da işə salınıb. Bu gün dünyada əksər mobil rabitə operatorları LTE-nin təşəkkülünə investisiya yatırırlar. Bununla əlaqədar yaxın illərdə çoxlu operatorların əmələ gələcəyini gözləməyə dəyər. Onların şəbəkəsi bu texnologiyada qurulacaq.

Sahalın sözlərinə görə, dünyada, o cümlədən Azərbaycanda daha çox populyar axtarış sistemləri, sosial şəbəkələr, multimedialı internet resurslar, elektron poçt və s. kimi internet resurslar populyardır.

Xəbər lenti

Xəbər lenti