...

Elektron xidmətlərin tətbiqi korrupsiya hallarının qarşısını alacaq və bürokratiyanı azaldacaq - Azərbaycanın rabitə naziri

Telekommunikasiya Materials 13 İyul 2011 14:49 (UTC +04:00)
Azərbaycanın dövlət orqanlarında elektron xidmətlərin tətbiqi korrupsiya hallarının qarşısının alınması və bürokratiyanın azaldılmasına şərait yaradacaq.
Elektron xidmətlərin tətbiqi korrupsiya hallarının qarşısını alacaq və bürokratiyanı azaldacaq - Azərbaycanın rabitə naziri

Azərbaycan, Bakı, 13 iyul /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın dövlət orqanlarında elektron xidmətlərin tətbiqi korrupsiya hallarının qarşısının alınması və bürokratiyanın azaldılmasına şərait yaradacaq. Trend-in məlumatına görə, bu barədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.

Abbasovun sözlərinə görə, Prerzidentin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 2011-ci il 23 may tarixli fərmanı ölkədə vətəndaş-dövlət münasibətlərinin yeni müstəvidə qurulması, şəffaflığın təmin olunması və dövlətə olan inamın artmasında mühüm rol oynayır.

Fərmanın icrasının tam yerinə yetirilməsi üçün cari və gələcək illər üçün fəaliyyət proqramı fərmana uyğun olan vaxtda hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunacaq.

Nazir hesab edir ki, digər vacib məsələ - vətəndaşların elektron xidmətlərə çıxış imkanlarının genişləndirilməsi üçün internetin, xüsusilə də genişzolaqlı internetin sürətli inkişafının təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. Bu məqsədlə hesabat dövründə "Azərbaycanda genişzolaqlı xidmətlərin inkişafı üzrə Strategiya" hazırlanıb. Strategiya yaxın bir neçə ildə ölkədə internetin sürətli inkişafının təmin edilməsini nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti