...

"Eurovision 2012" ilə əlaqədar Ailə TV-dən əlverişli təklif

Telekommunikasiya Materials 23 Avqust 2011 16:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 avqust /Trend/

"Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycanın qalib olması və növbəti yarışmanın 2012-ci ildə Bakıda keçirilməsi ölkədə turizm sahəsinin, xüsusilə də mehmanxana biznesinin inkişafı üçün yeni imkanlar açır. Bu, ilk növbədə, yeni mehmanxanaların tikilməsi və mövcud olanların yenidən qurulması, mehmanxanalarda olan xidmətin dünya standartlarına çatdırılması və s. kimi işləri əhatə edir.

Bu sahənin inkişafına ölkəmizdə fəaliyyət göstərən şirkətlər də dəstək verməyə çalışırlar və inkişaf prosesinə öz töhvələrini verməkdə maraqlıdırlar. Qeyd edək ki, digər şirkətlər kimi "Ailə TV" Kabel Operator Televiziyası da bu proseslərdən kənarda qalmır və özünün yeni-yeni təklifləri ilə çxış edir. Bununla bağlı olaraq, tele və radio yayımda ən son texnologiyadan istifadə edən "Ailə TV" mehmanxana biznesi sahəsində kommunikasiya və rabitə imkanlarını özündə birləşdirən yeni bir brendi təqdim edir ki, bu da mehmanxanalara, istirahət mərkəzlərinə və digər ictimai obyektlərə onların öz rəqəmsal telviziya şəbəkələrinin yaradılması, hər bir mehmanxanaya, məhz ona uyğun olan rəqəmsal yayım paketlərinin yığılması kimi xidmətlərin göstərilməsini əhatə edir.

"A Hotel" adlanan brend, Bakı şəhərinin mehmanxanalarında və istirahət mərkəzlərində təkcə yüksəkkeyfiyyətli "Ailə TV" kabel operator televiziyasının xidmətlərini deyil, həmçinin "Ailə NET" internet provayderinin xidmətlərinin göstərilməsi imkanlarını da özündə əks etdirir.

Qeyd edək ki, elə "A Hotel" brendi "Ailə TV" və "Ailə NET" xidmətlərinin vəhdətidir və ölkəmizdə sırf olaraq mehmanxana biznesi üçün hazırlanıb. "Ailə TV"-nin "A Hotel" brendi altında mehmanxanalar və istirahət mərkəzləri üçün irəli sürdüyü əlverişli təkliflərdə ən vacib məqam ondan ibarətdir ki, "Ailə TV" bu brend altında mehmanxanalara göstərilən xidməti "Eurovision 2012" yarışmasının sonunadək tamamilə pulsuz həyata keçirəcək.

Təqdim olunan xidmətlər isə aşağıdakılardır: İlk növbədə kabel televiziyası xidmətləri: Bu xidmətlər analoq və rəqəmsal platformada yüksək keyfiyyətli səs və görüntü ilə 155-dən çox tanınmış kanalın yayımını nəzərdə tutur ki, onlardan da 39-u xarici dildə yayımlanır. Eyni zamanda, "A Hotel" brendi altında hotellərdə rəqəmsal yayım bazasında HDTV yayım imkanları da təklif olunur. Bu xidmətdə yüksək dəqiqliklə, Dolby Digital AC-3 5.1 səs formatında yayımlanan 5 kanal təqdim edilir.

Mehmanxanalarda interyerin vacibliyini nəzərə alaraq, "Ailə TV" həm də CAM modul texnologiyasını təqdim edir. Bu texnologiya rəqəmsal və HDTV yayımı dəstəkləyir. Modul televizorun içərisində yerləşdirilir və heç bir kənar aparat və ya əlavə kabellərə ehtiyac olmur. İdarəetmə məsafədən pult vasitəsilə həyata keçirilir ki, bu zaman da mehmanxana otaqlarının dizaynına heç bir xələl gəlmir.

Bundan başqa, mehmanxanalara təqdim olunan növbəti xidmət fiber-optik texnologiya bazasında genişzolaqlı, yüksəksürətli 1 mb/s-dən 100 mb/s-dək internet qoşulmadır ki, bu da mehmanxanalarda yerli və xarici vətəndaşlara sürətli internet imkanları təqdim edir.

Qeyd edək ki, "Ailə TV" "A Hotel" brendi altında göstərdiyi xidmətləri, eləcə də şəbəkəyə qoşulmanı və kabeli öz hesabına həyata keçirir və müştərilərimizin ilkin xərcləri yalnız rəqəmsal və ya HD qəbuledicilərə sahib olmaqdır.

"A Hotel" brendi eyni zamanda öz müştərilərinə gələcəkdə də yeni təkliflər təqdim edəcək ki, bunlar da bazarın analizi və nəticədə, birlikdə sırf mehmanxana auditoriyasına yönəldilmiş kanallar paketinin yığımı, dinamik halda qoşulmuş otaqların sayını dəyişmək və s. olacaq.

Xəbər lenti

Xəbər lenti