...

Azərbaycanın Rabitə Nazirliyi Qarabağ bölgəsində rəqəmli TV yayımına başlayıb

Telekommunikasiya Materials 1 Oktyabr 2011 11:19 (UTC +04:00)
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Qarabağ bölgəsində rəqəmli TV yayımına başlayıb.
Azərbaycanın Rabitə Nazirliyi Qarabağ bölgəsində rəqəmli TV yayımına başlayıb

Azərbaycan, Bakı, 1 oktyabr /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Teleradio" İstehsalat Birliyi Qarabağ bölgəsində rəqəmli TV yayımına başlayıb. Trend-in məlumatına görə, bu barədə nazirliyin şənbə günü yaydığı məlumatda deyilir.

"Bölgədə yayım Ağsu Radio Televiziya Yayım Stansiyasında yüksək tələblərə cavab verən rəqəmli TV yayımı avadanlığının qurulmasından sonra baş tutub", - məlumatda bildirilir.

Ağsu aşırımının 864 metr hündürlüyündə 92 metrlik teleqüllədən yayım həyata keçirilir. Bu yayım bütün Aran bölgəsi ilə yanaşı, Qarabağ bölgəsini də əhatə edir.

Hazırda Azərbaycanda rəqəmli yayım ölkə əhalisinin 55 faizinin yaşadığı ərazini əhatə edir.

Xəbər lenti

Xəbər lenti