...

2014-cü ilədək Bakının ətrafı genişzolaqlı internetlə təmin ediləcək

Telekommunikasiya Materials 11 Yanvar 2012 12:45 (UTC +04:00)
"Ailə TV" şəbəkəsinin yeni qolu olan "Ailə NET" internet provayderi Bakı şəhərinin bütün ərazisini genişzolaqlı fiber optik İnternetlə təmin edəcək.
2014-cü ilədək Bakının ətrafı genişzolaqlı internetlə təmin ediləcək

Azərbaycan, Bakı, 11 yanvar / Trend /

"Ailə TV" şəbəkəsinin yeni qolu olan "Ailə NET" internet provayderi Bakı şəhərinin bütün ərazisini genişzolaqlı fiber optik İnternetlə təmin edəcək. Trend-in məlumatına görə, bu barədə operatorun məlumatında deyilir.

Cənubi Qafqaz regionunda ilk dəfə olaraq Bakı şəhərində fiber optik kanal üzərindən birbaşa mənzillərə genişzolaqlı internet xətləri çəkilməsi işinə başlanılıb. Bu cür iri həcmli layihənin həyata keçirilməsini məhz "Ailə NET" İnternet provayderi öz üzərinə götürüb.

Fiber optik şəbəkənin çəkilməsi insanların daha sürətli, daha keyfiyyətli və daha sərfəli internet xidmətlərindən istifadə etməsinə imkan yaradacaq. Çünki bu texnologiya məhdudiyyət tanımır. Fiber optik şəbəkə vasitəsi ilə ötürülən informasiyanın həcmi digər şəbəkələrə nisbətən qat-qat yüksəkdir. Belə ki, digər şəbəkələrdə ötürülən informasiyanın həcmi meqabaytla hesablandığı halda, fiber optik kanal üzərindən ötürülən informasiyanın həcmi daha böyük ölçü vahidi olan terobaytla (T/bits) ölçülür. Bu da yüksək sürətli internet deməkdir. Fiber optik şəbəkə vasitəsi ilə təmin olunan internetdə sürət itkisi də olmur. Yükləmə sürətləri (upload, download) provayder tərəfindən verilən internetin sürətinə bərabər olur.

"Ailə NET" internet provayderi 2010-cu ildən etibarən Bakı şəhərinin Nizami və Xətai rayonlarında 100-ə yaxın binaya test rejimində internet xidməti göstərməyə başlayıb. Test uğurlu alındığından hazırda şəbəkənin genişləndirilməsinə yüksək tələbat hiss olunur.

Qeyd edək ki, hazırda "Ailə TV" kabel televiziyası operatoru da fiber-optik kanal üzərindən kabel televiziyası xidmətləri göstərməkdədir. "Ailə TV"-nin geniş kabel şəbəkəsi imkan verir ki, qısa vaxt ərzində yüksək keyfiyyətli fiber optik internet şəbəkəsi də quraşdırılsın.

Yanvar ayının ilk günlərindən etibarən "Ailə NET" şəbəkəsinin quraşdırma briqadaları Bakı şəhərinin mikrorayonlarında fiber optik şəbəkənin quraşdırılması işinə start veriblər. Bu ilin sonuna qədər "Ailə TV" Kabel televiziyası operatorunun əhatə dairəsinə daxil olan digər ərazilərdə də fiber optik internet şəbəkəsi quraşdırılacaq. "Ailə NET" 2013-cü ilin sonuna qədər Bakı şəhərinin bütün ərazilərini genişzolaqlı fiber optik internetlə təmin etməyi planlaşdırır.

Abunəçilər "Ailə TV" kabel televiziyası operatorunun və "Ailə NET" internet provayderinin xidmətlərindən eyni vaxtda istifadə edə biləcəklər. Kabel televiziyası və internet xidmətlərindən eyni vaxtda istifadə etdikləri halda, abunəçilər daha sərfəli ödəniş həyata keçirəcəklər.

"Ailə NET"-in həyata keçirdiyi işlər bununla tamamlanmır. Belə ki, "Ailə NET" internet provayderinin abunəçiləri üçün xüsusi mediateka saytı da yaradılır. Abunəçilər bu saytda dünya kinomotoqrafiya sənayesinin ən son istehsalı olan filmləri izləyə və yükləyə biləcəklər. Bundan əlavə, abunəçilər qeyd olunan saytda müxtəlif kompyuter oyunları və musiqilər də yükləyə biləcəklər.

Bundan əlavə http://ailenet.az saytında ilə Ailə TV şəbəkəsi vasitəsi ilə yayımlanan kanalları onlayn şəkildə izləyə biləcəklər.

Xəbər lenti

Xəbər lenti