...

İnternet problemləri Bakıda beynəlxalq forumda müzakirə ediləcək

Telekommunikasiya Materials 21 Yanvar 2012 11:56 (UTC +04:00)
Bu ilin payızında Bakıda internetin tənzimlənməsi məsələləri üzrə beynəlxalq forum təşkil ediləcək.
İnternet problemləri Bakıda beynəlxalq forumda müzakirə ediləcək

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir H.Vəliyev/

Bu ilin payızında Bakıda internetin tənzimlənməsi məsələləri üzrə beynəlxalq forum təşkil ediləcək. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.

"Bu, cari ildə BMT-nin himayəsi altında keçiriləcək ən miqyaslı tədbir olacaq. Hazırda BMT rəhbərliyi artıq Azərbaycan tərəfinə müraciət edib və müvafiq hazırlıq aparılır", - Abbasov vurğulayıb.

Forumun əsas vəzifəsi internet və virtual aləmdə baş verən arzuedilməz insidentlərlə bağlı problemlərin həllidir. Həmçinin, istifadəçilərin hüquqlarının qorunması, internet mühitdə aparılan qanunsuz fəaliyyət üzərində dövlət nəzarəti məsələləri müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti