...

2011-ci ildə Azərbaycan dövlət rabitə operatorunun internet xidmətlərindən gəlirləri 2,5 milyon dolları ötüb

Telekommunikasiya Materials 4 Fevral 2012 12:20 (UTC +04:00)

Azərbaycan, Bakı, 4 fevral / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin göstərdiyi internet xidmətlərindən əldə etdiyi gəlirlər 2011-ci ildə iki milyon manat təşkil edib. Bu barədə şənbə günü Trend-ə İB-dən məlumat verilib.

Proqnozlara görə, 2012-ci ildə internetə genişzolaqlı qoşulmalar üzrə abonent bazası 250 min istifadəçi təşkil edəcək.

Bu gün "Bakı Telefon Rabitəsi" şəbəkəsi üzrə genişzolaqlı internet portlarının sayı, özəl servis-provayderlərin portları da nəzərə alınmaqla, 210 min ədədi ötür.

Portların ümumi sayından 159 min ədədi aktivdir. "BakinterNet" dövlət internet -provayderi şəbəkəsində portların sayı 64 min ədəd təşkil edir.

İnternet bazarının oyunçuları arasında birinci olan dövlət provayderi 2004-cü ildə genişzolaqlı ADSL xidmətini işə salıb.
Hazırda "BakinterNet" şəbəkəsində çıxışın sürəti 10 Gbit/saniyə təşkil edir.

"Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin telefon şəbəkələrinin genişzolaqlı internet xidmətləri ilə yüklülüyü 25 faizə çatır.

Fevralın 4-nə rəsmi məzənnə 0,7863 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti