...

Azərbaycanın dövlət rabitə operatoru TAE kabel magistralının fasiləsiz işini təmin edir

Telekommunikasiya Materials 2 Aprel 2012 13:11 (UTC +04:00)
Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi TAE (Trans Asiya Avropa) Fiber optik kabel magistralının fasiləsiz işinin təmin olunması üçün tədbirlər görür.
Azərbaycanın dövlət rabitə operatoru TAE kabel magistralının fasiləsiz işini təmin edir

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi TAE (Trans Asiya Avropa) Fiber optik kabel magistralının fasiləsiz işinin təmin olunması üçün tədbirlər görür. Trend-in məlumatına görə, bu barədə nazirliyin bazar ertəsi yaydığı məlumatda deyilir.

"TAE (Trans Asia Europa) Fiber Optik kabel xəttinin Bakı-Qazax seqmentinin Ağsu aşırımında və Şamaxı rayonunun Muğanlı kəndində baş verən sürüşmə zonasından keçən hissəsində mövcud təhlükənin qarşısı alınıb. Hələ TAE xəttinin Bakı-Qazax seqmenti çəkiləndə bu amil nəzərə alındığından ərazidən keçən kabel xətti həm havadan, həm də yeraltı çəkildiyindən rabitənin alternativliyi təmin edilib. "Buna baxmayaraq, biz ərazidə daimi tədbirlər həyata keçiririk. Əvvəllər yeraltı kabel xətti 1,2 metr dərinlikdə çəkilmişdi", - məlumatda deyilir.

Real təhlükənin qarşısını almaq üçün kabelin yerləşmə dərinliyi 50 santimetrədək azaldılıb. Hazırda sürüşmə hadisəsinin aktiv olan ərazilərində xəttin qırılmaması üçün kabellər torpağın altından çıxarılıb.

Hazırda sürüşmə Şamaxı-Mərəzə avtomagistralının Açıdərə çayı ərazisində daha aktiv şəkil alıb. İdarə tərəfindən bu ərazidə 650 metr məsafədə alternativ optik kabel xətti çəkilib. Bu real təhlükə anında rabitənin fasiləsizliyinin təmin edilməsinə hesablanıb. Hazırda ərazi nəzarət altındadır.

Xəbər lenti

Xəbər lenti