...

Azərbaycanda təyyarələrin göyərtəsində mobil rabitəni təmin etmək üçün regionda yeganə stansiya tikiləcək

Telekommunikasiya Materials 3 Aprel 2012 12:40 (UTC +04:00)
Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC, "Azərbaycan Hava Yolları" QSC və İsveçrənin "OnAir" şirkəti təyyarələrin göyərtəsində rabitə xidmətlərinin tam spektrinin göstərilməsi üzrə birgə layihənin işə salındığını elan edib.
Azərbaycanda təyyarələrin göyərtəsində mobil rabitəni təmin etmək üçün regionda yeganə stansiya tikiləcək

Azərbaycan, Bakı, 3 aprel / Trend, müxbir H.Vəliyev /

Azərbaycanın mobil rabitə operatoru "Azerfon" MMC, "Azərbaycan Hava Yolları" QSC və İsveçrənin "OnAir" şirkəti təyyarələrin göyərtəsində rabitə xidmətlərinin tam spektrinin göstərilməsi üzrə birgə layihənin işə salındığını elan edib.

Layihə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin dəstəyi ilə reallaşdırılır.

Trend-in məlumatına görə, bu gün şirkət layihənin təqdimatını keçirib.

İndiki anda hava gəmilərində mobil rabitə Amsterdamda yerləşən Avropada yeganə yerüstü stansiya vasitəsilə idarə olunur.
"OnAir" şirkəti yaxın vaxtlarda "Azerfon"un dəstəyi ilə Bakıda ikinci yerüstü stansiyanı quraşdıracaq.

Stansiya MDB-nin başqa ölkələrində sərnişinlərə göstərilən mobil rabitə xidmətlərinin fəaliyyətini təmin edən və peyklə əldə olunan yüklənməni paylayacaq.

"Azərbaycan Hava Yolları" laynerlərinin göyərtələrində rabitə xidmətlərdən yaxın vaxtlarda istifadə etmək mümkün olacaq.
"Azərbaycan Hava Yolları" MDB-də təyyarələrinin göyərtələrində rabitə xidmətləri göstərilən ilk şirkət olacaq.

Xəbər lenti

Xəbər lenti