...

Standartlaşdırma Komitəsi informasiya texnologiyaları ilə bağlı dövlət standartlarını təsdiq edib

Telekommunikasiya Materials 16 Aprel 2012 15:02 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi informasiya texnologiyaları, keyfiyyəti idarəetmə sistemləri və elmi-tədqiqat işlərinin hesabatları ilə bağlı dövlət standartlarını təsdiq etmişdir.
Standartlaşdırma Komitəsi informasiya texnologiyaları ilə bağlı dövlət standartlarını təsdiq edib

Azərbaycan, Bakı, 16 aprel /Trend/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi informasiya texnologiyaları, keyfiyyəti idarəetmə sistemləri və elmi-tədqiqat işlərinin hesabatları ilə bağlı dövlət standartlarını təsdiq etmişdir.

Qurumun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsi Azərbaycan Milli Elmlər Akademiyasının Elmi İnnovasiyalar Mərkəzi tərəfindən işlənmiş AZS 641-2012 "Elmi-tədqiqat, təcrübi-konstruktor işlərinin hesabatlarının strukturu və tərtib olunma qaydaları" dövlət standartını təsdiq etmişdir.

Standart elmi, texniki hesabatların quruluşuna və tərtib olunma qaydalarına ümumi tələbləri və həmçinin informasiya sistemində hesabatın emalını mükəmməlləşdirməklə informasiya mübadiləsinə kömək edən vahid tərtibetmə qaydalarını müəyyənləşdirir. Standart Azərbaycan Milli Elmlər Akademiyasının institutları, sahələr üzrə elmi-tədqiqat, layihə-konstruktor institutları, ali təhsil müəssisələri, elmi-istehsalat və istehsalat birlikləri, sənaye müəssisələri, səhmdar cəmiyyətləri və digər təşkilatlar tərəfindən aparılan bütün elm sahələri üzrə fundamental, tətbiqi elmi-tədqiqat, təcrübi-konstruktor işləri haqqında hesabatlara şamil olunur.

"İnformasiya-kommunikasiya texnologiyaları" Texniki Komitə tərəfindən təqdim edilmiş AZS 643-2012 (İSO/İEC 2382-7:2000) "İnformasiya texnologiyaları. Hissə 7. Kompüter proqramlaşdırması", AZS 644-2012 (İSO/İEC 2382-28:1995) "İnformasiya texnologiyaları. Hissə 28. Süni intellekt-əsas anlayışlar və ekspert sistemləri", AZS 645-2012 (İSO/İEC 2382-34:1999) "İnformasiya texnologiyaları. Hissə 34. Süni intellekt-neyron şəbəkələri" dövlət standartları da təsdiq edilmişdir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi AZS İSO 9000-2012 "Keyfiyyəti idarəetmə sistemləri. Əsas müddəalar və lüğət" dövlət standartını da təsdiq etmişdir. "Keyfiyyətin idarə olunması sahəsi üzrə" Texniki Komitə tərəfindən hazırlanmış standart İSO 9000 standartlar qrupunun obyekti olan keyfiyyəti idarəetmə sisteminin ümumi müddəalarını təsvir edir.

Xəbər lenti

Xəbər lenti