...

Azərbaycan ISOC mərkəzi aparatı ilə danışıqları bərpa edib

Telekommunikasiya Materials 13 İyun 2012 18:44 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycanın internet cəmiyyəti ISOC (Internet Society) mərkəzi aparatı ilə bu strukturda qeydiyyatdan keçməklə bağlı yenidən danışıqlara başlayıb. Bu barədə çərşənbə günü Trend-ə layihəyə yaxın mənbə məlumat verib.

ISOC-un əsas fəaliyyəti internet şəbəkəsinin inkişaf istiqamətlərinin müəyyən edilməsi və qlobal informasiya mübadiləsinə yardımdır.

Azərbaycanın internet cəmiyətinin bu strukturda akkreditə olunması ISOC yerli nümayəndəliyinin Azərbaycanda status almasına imkan verəcək, bu zaman ISOC mərkəzi aparatında şəxsi nümayəndəyə malik olacaq.

Cəmiyyətin ISOC üzvlüyünə qəbul edilməsi məsələsi Internet Society-nin prezidenti və idarə heyətinin sədri Lin Sent-Amurla aprel ayında müzakirə olunub.

"Azərbaycanın internet cəmiyyətinin ISOC-a kollektiv üzv kimi qəbulu məsələsi və onun Azərbaycanda mərkəzi aparatı nümayəndəliyinin statusunun əldə olunmasına hazırda baxılır. Bu məsələ ilə ayrıca görüş hüquqşünasların və bu təşkilatın məsul şəxslərinin iştirakı ilə keçirilib", - mənbə deyib.

ISOC-un Azərbaycan nümayəndəliyinin əsas vəzifələri internet cəmiyyətinin fəaliyyətinin nizama salınmasının yeni qaydalarının hazırlamasında iştirakı, milli domenləri idarəetmənin qaydaları daxil olmaqla, konsultasiya-maarifçilik fəaliyyətini, internet şəbəkəsinin resurslarının idarə edilməsində münaqişəli vəziyyətlərə və mübahisələrə vahid mədəni yanaşmanın formalaşması ola bilər.

Xəbər lenti

Xəbər lenti