...

Azercell korporativ fakturalı xətt abonentləri üçün yeni kampaniya təqdim edir

Telekommunikasiya Materials 6 Sentyabr 2012 13:18 (UTC +04:00)
"Azercell Telekom" MMC korporativ fakturalı xətt abonentləri üçün yeni kampaniyaya start verib.
Azercell korporativ fakturalı xətt abonentləri üçün yeni kampaniya təqdim edir

Azərbaycan, Bakı, 6 sentyabr /Trend/

"Azercell Telekom" MMC korporativ fakturalı xətt abonentləri üçün yeni kampaniyaya start verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, "20 GB - 20 AZN" adlı kampaniya korporativ fakturalı xətt abonentlərinin mobil internetə olan tələbatının ödənilməsi və iş fəaliyyətinin optimallaşdırılması məqsədilə istifadəyə verilib. Bu kampaniya ekskluziv olaraq bütün korporativ fakturalı xətt abonentləri üçün təqdim olunur.

Kampaniyanın şərtlərinə əsasən, abonentlər hər ay 20 GB internet paketi üçün cəmi 20 AZN (ƏDV daxil) ödəniş edəcəklər. Bundan əlavə abonentlərə pulsuz olaraq MiFi cihazı da hədiyyə olaraq təqdim ediləcəkdir.

MiFi cihazı vasitəsilə eyni zamanda 5 nəfər İnternetə qoşula biləcək. Bundan əlavə abonetlər 21 Mb/s-ə qədər sürət imkanından yaralana biləcəklər. Onu da qeyd edək ki, ilk faktura dövründə abonentlər yalnız 10 AZN ödəniş edəcəklər. Güzəştli kampaniya əsasında abonentlər ən az 10 ay ərzində bu paketdən davamlı olaraq istifadə etməlidir. Kampaniyanın daha bir üstünlüyü isə ondan ibarətdir ki, kampaniya bitdikdən sonra da abonentlər bu paketdən davamlı yararlana biləcəklər. Digər bir tərəfdən kampaniyaya qoşulan bütün korporativ fakturalı xətt abonentləri üçün 20 GB paketi 20% endirim ilə təqdim olunacaq.

"20 GB - 20 AZN" kampaniya üzrə cihazların satışı və stimullaşdırılması Korporativ Satış şöbəsi tərəfindən həyata keçiriləcəkdir.

Məlumat üçün bildirək ki, bu kampaniya yaxın gələcəkdə fərdi abonentlər üçün də təqdim olunacaq.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.

Azercell Telekom MMC 1996-cı ildə təsis edilmiş və fəaliyyətinin ilk illərindən etibarən bazarda lider mövqeyini saxlayır. Azercell Azərbaycana bir sıra innovativ texnologiyaları və konsepsiyaları gətirib: GSM texnologiyası, GPRS/EDGE, 24/7 Telefon Mərkəzi, tam xidmət göstərən Azercell Ekspres ofisləri və s. Azərbaycanın mobil rabitə bazarındakı payı 55% olan Azercell şirkətinin şəbəkəsi ölkə əhalisinin 99,8%-ni əhatə edir. 2011-ci ilin ilin sonuna Azercell abonentlərinin sayı 4 milyon 220 min nəfər təşkil etmişdir. 2011-ci ildə Azercell 3G, 2012-ci ildə isə 4G xidmətini təqdim etmişdir.

Xəbər lenti

Xəbər lenti