...

Azərbaycanda qeydiyyatdan keçməyən mülki məqsədli tezlik istifadəçilərinə xəbərdarlıq edildi

Telekommunikasiya Materials 27 Sentyabr 2012 17:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 sentyabr /Trend/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) qeydiyyatdan keçməyən mülki məqsədli tezlik istifadəçilərinə xəbərdarlıq edib.

İdarədən Trend-ə verilən məklumata görə, DRİ tərəfindən bu kimi hallar aşkarlandıqda, İnzibati Xətalar Məcəlləsinin 169, 170, 171, 174, 175, 180-cı maddələri tətbiq olunaraq, inzibati qaydada qanunvericiliyə uyğun olaraq tədbirlər görüləcək.

Qeyd edək ki, İdarə respublikaya idxal olunan və istismarda olan tezlik şüalandırıcı radioelektron vasitələrinin qeydiyyatını və müvafiq olaraq onların istismarına radio nəzarətini həyata keçirir.

Xəbər lenti

Xəbər lenti