Azərbaycan, Bakı, 20 noyabr /Trend, müxbir H.Vəliyev/
Azərbaycanda genişzolaqlı internetin inkişafı layihəsinin həyata keçirilməsi internetə çıxışı təqribən 85 faizədək artıracaq. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov deyib.
"Layihənin uğurla həyata keçirilməsi istifadəçilərə göstərilən internet xidmətlərinin keyfiyyətini artırmağa imkan verəcək. İnternetə çıxışın sürəti saniyədə 10-100 meqabit arasında dəyişəcək", - nazir qeyd edib.