...

ƏlaCİN istifadəçiləri 10 saat pulsuz danışıq əldə edəcəklər

Telekommunikasiya Materials 23 Noyabr 2012 15:31 (UTC +04:00)
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti Sür@ ticarət nişanı adı altında öz müştərilərinə ən mükəmməl 3G mobil internet xidmətləri göstərməkdədir.
ƏlaCİN istifadəçiləri 10 saat pulsuz danışıq əldə edəcəklər

Azərbaycan, Bakı, 23 noyabr /Trend/

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi olan "Bakcell" şirkəti Sür@ ticarət nişanı adı altında öz müştərilərinə ən mükəmməl 3G mobil internet xidmətləri göstərməkdədir.

Şirkətdən Trend-ə verilən məlumata görə, "Bakcell" Yeni il ərəfəsində öz abonentlərini sevindirməkdə davam edir. ƏlaCİN abonentlərinə 10 saat danışıq vaxtını tamamilə pulsuz təqdim edən yeni kampaniya "Bakcell" tərəfindən rəsmi olaraq elan edilib. Bu tamamilə misilsiz və pulsuz bir kampaniyadır.

ƏlaCİN tarif paketindən istifadə edən "Bakcell" abonentləri 5568 nömrəsinə boş SMS göndərib öz bonuslarını əldə edə bilərlər. Kampaniyaya qoşulmuş hər bir ƏlaCİN abonenti 10 ədəd bir saatlıq şəbəkədaxili zəngə malik olacaq və pulsuz danışıqlardan yararlanacaq.

Bonus hər ay verilir və kampaniyanın sonuna qədər, yəni 31 yanvar 2013-cü il tarixinədək qüvvədə olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti