...

Azərbaycanda 1,2 mindən çox qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Telekommunikasiya Materials 7 Yanvar 2013 16:23 (UTC +04:00)
Azərbaycan Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən 2012-ci ilin yekunları üzrə 1277 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb.
Azərbaycanda 1,2 mindən çox qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Azərbaycan, Bakı, 7 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Dövlət Radiotezliklər İdarəsinin (DRİ) Radioelektron vasitələrin istismarına nəzarət şöbəsi tərəfindən 2012-ci ilin yekunları üzrə 1277 ədəd İdarədə qeydiyyatdan keçməyən müxtəlif növ radioelektron vasitə aşkarlanıb. Trend-in məlumatına görə, bu barədə DRİ-nin bazar ertəsi yaydığı məlumatda deyilir.

Ötən dövr ərzində DRİ tərəfindən 848 təşkilat və müəssisədə istismar olunan avadanlıqlara texniki baxış keçirilib.

Qeydiyyatdan keçməyən REV-in ümumi sayından 544 ədədi qeydiyyata salınıb, 404 ədədi möhürlənib, 33 ədədi istismardan çıxarılıb və 296 ədədinin qeydiyyata alınması üçün müvafiq tədbirlər görülür.

Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 67 protokol yazılıb və müvafiq qaydada hüquqi tədbirlər görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti