...

Azərbaycanda saytlara kənar müdaxilələr azalıb

Telekommunikasiya Materials 19 Yanvar 2013 10:43 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 yanvar /Trend, müxbir H.Vəliyev/

AzNET seqmentində real fişinq-insidentlərin sayı 35,3 faiz azalıb. Trend-in məlumatına görə, bu barədə "Netcraft" analitik şirkətinin hesabatında deyilir.

Hesabata əsasən, Azərbaycanda hər 1543 saytın (.az domenində) payına fırıldaqçılar üçün bir səmərəli fişinq-hücum düşür. Hücumlar bu və ya digər halda pul və ya istifadəçinin şəxsi məlumatlarını əldə etmək məqsədi daşıyır.

Təhlil "MozillaFirefox" və "InternetExplorer" brauzerləri üçün modul olan "NetcraftToolbar" proqramı əsasında hazırlanıb. Proqram istifadəçini potensial təhlükəli internet-resurslar, eləcə də fişinq-hücumların qarşısının alınması barədə xəbərdar edir.

"Netcraft"ın məlumatına görə, Azərbaycanda "NetcraftToolbar" hazırda 4629 fərdi kompüterdə quraşdırılıb ki, bu da 2012-ci ilin dekabr ayının göstəricisindən 3 faiz aşağıdır.

Fişinq-hücum populyar brendlərin adından kütləvi elektron poçt göndərişləri ilə həyata keçirilir. Məktubda zahirən həqiqidən fərqlənməyən bu brendin yalançı saytına bilavasitə istinad edilir. Belə sayta düşən zaman istifadəçi fırıldaqçılara akkaunt və bank hesablarına daxil olmağa imkan verən qiymətli informasiyanı ötürə bilər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti