...

NEXUS şirkəti yeni 3G texnologiyalı, 7 düyümlük planşeti təqdim edib (FOTO)

Telekommunikasiya Materials 21 Yanvar 2013 14:13 (UTC +04:00)
Artıq 10-cu ilini qeyd etməyə hazırlaşan Azərbaycan brendi NEXUS şirkəti bazara yeni məhsul təqdim etdi.
NEXUS şirkəti yeni 3G texnologiyalı, 7 düyümlük planşeti təqdim edib (FOTO)

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Artıq 10-cu ilini qeyd etməyə hazırlaşan Azərbaycan brendi NEXUS şirkəti bazara yeni məhsul təqdim etdi. 1 ildən çoxdur ki, şirkət tərəfindən istehsal olunan milli premium Azpad planşetlərin nəslindən yeni, müasir tələblərə uyğun və istehlakçıların tələbatlarını ödəyən 7 düymlük "AzPad Mini i7S" modeli satışa çıxarıldı.

Yeni məhsul hazırlanmamışdan öncə şirkətin marketoloqları tərəfindən yeni texnologiyalar, yerli bazarın tələbləri və istehlakçıların tələbatları təhlil edilmişdir. Tətqiqatlardan yaranan nəticələrə əsasən NEXUS şirkəti AzPad Mini i7S modelini istehsal etmişdir. Yeni məhsul Anroid 4.0.4 əməliyyat sistemi, MTK 6577 Dual Core Cortex A9 / 1.2 GHz prosessor, 512MB DDR3 əməli yaddaş, daxili yaddaş 4GB ilə təchiz edilmişdir. Daxili yaddaşı 32GB-a kimi Micro SD Card vasitəsi ilə artırmaq mümkündür. Planşetin ən əsas üstünlüklərindən biri onun həm də telefon kimi istifadə olunma imkanı vardır. Bunda başqa, Bluetooth,Wifi, GPS, 3G, FM radio təchiz olunmuşdur. Məhsulun çəkisi 390q-dır. AzPad Mini i7S modeli öncəki modellərdən tək ekran ölçüsünə görə deyil, ümumi təchiz edilmiş texniki göstəricilərinə görə fərqlənir və texniki üstünlüklərinə və qiymətinin 175 manat olması ilə bazarda ən sərfəli planşet hesab edilir.

Azpad Mini i7S modelinin yaratdığı imkanlarla həyat tərziniz üçün yeni dinamika qatmış olacaqsınız.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti