...

Azərbaycanda elektron-rəqəmsal imzanın verilməsi üzrə yeni mərkəz açılacaq

Telekommunikasiya Materials 24 Yanvar 2013 18:34 (UTC +04:00)
Azərbaycanda mobil qurğular vasitəsilə elektron-rəqəmsal imzaların verilməsi üzrə yeni sertifikasiya mərkəzi aprelin 1-dən işə başlayacaq.
Azərbaycanda elektron-rəqəmsal imzanın verilməsi üzrə yeni mərkəz açılacaq

Azərbaycan, Bakı, 24 yanvar /Trend, müxbir H.Vəliyev/

Azərbaycanda mobil qurğular vasitəsilə elektron-rəqəmsal imzaların verilməsi üzrə yeni sertifikasiya mərkəzi aprelin 1-dən işə başlayacaq. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin direktoru Nail Mərdanov deyib.

Onun sözlərinə görə, mərkəz elektron-rəqəmsal imzaların verilməsi ilə məşğul olacaq sayca 4-cü mərkəz olacaq.

Hazırda 6 mindən çox rəqəmsal imza verilib, bunlardan yarısı dövlət qulluqçuları tərəfindən alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti