...

Skandinaviya şirkəti Azərbaycanda informasiya texnologiyalarının inkişafına bundan sonra da sərmayə qoymaqda davam edəcək

Telekommunikasiya Materials 15 Mart 2013 11:02 (UTC +04:00)
"TeliaSonera" Azərbaycanda informasiya texnologiyalarının inkişafına bundan sonra da sərmayə qoymaqda davam edəcək.
Skandinaviya şirkəti Azərbaycanda informasiya texnologiyalarının inkişafına bundan sonra da sərmayə qoymaqda davam edəcək

Azərbaycan, Bakı, 15 mart /Trend/

"TeliaSonera" Azərbaycanda informasiya texnologiyalarının inkişafına bundan sonra da sərmayə qoymaqda davam edəcək. Trend-in məlumatına görə, bu barədə cümə günü daxil olan xəbərdə qeyd olunub ki, "AzercellTelekom" MMC-nin əsas səhmdarı olan "TeliaSonera" şirkətlər qrupunun prezidenti Per-Arne Blomquist, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla dünən keçirilən görüş zamanı bildirib.

Görüşdə, həmçinin "TeliaSonera"nın Avrasiya biznes dairəsinin prezidenti Veysel Aral da iştirak edib.

Görüş zamanı cənab Per-Arne Blomquist bildirib ki, "TeliaSonera" daim yenilikci ideyalar tətbiq edərək telekommunikasiya sektorunda önə çıxmağı bacarıb. Azərbaycanda "Azercell" şirkəti tərəfindən təmsil olunan "TeliaSonera" ölkədə informasiya texnologiyalarının inkişafına sərmayə yatırmaqda bundan sonra da davam edəcəkdir. "TeliaSonera"nın prezidenti "Azercell"i "Avrasiya regionunda ən böyük və əhəmiyyətli şirkətlərdən biri" kimi dəyərləndirib. Görüş zamanı qonaqlar "TeliaSonera"nın Azərbaycanda yüksək səviyyəli xidmət göstərməkdə davam edəcəyini qeyd ediblər.

Nazir Əli Abbasov "Azercell"in fəaliyyətini yüksək qiymətləndirərək bu şirkətin adının həmişə ən son və yüksək texnologiyalarla bağlı olduğunu bildirib. Nazirliklə "Azercell" arasında səmərəli iş birliyinin qurulduğunu qeyd edən nazir gələcəkdə daha geniş sahələrdə əməkdaşlıq imkanlarının olduğunu qeyd edib.

Per-Arne Blomquist bu ilin fevralından "TeliaSonera" şirkətinin prezidenti və baş icraçı direktoru vəzifəsini icra edir. Telekommunikasiya sahəsində karyerasına 1989-cu ildən başlayan Blomquist 2008-ci ildən etibarən "TeliaSonera"nın maliyyə direktoru olmuş, bundan əvvəl isə şirkətin müxtəlif təsisatlarında çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti